Ermənistanın hava limanında aclıq aksiyası keçirən erməni əsilli fransız jurnalist Fransaya qayıdıb.
İnterpress.az xəbər verir ki, bu barədə Nikolyanın özü Facebook-da məlumat verib.
Erməni əsilli fransız jurnalist Leo Nikolyan Ermənistana girişinə qadağa qoyulduğu üçün Zvartnots hava limanında 41 gün idi ki, aclıq aksiyasına başlamışdı. Artıq o, dünən, iyunun 2-də Parisə gedib.
Xatırladaq ki, Nikolyan aprelin 23-də Ermənistana gəlib. Pasport nəzarəti zamanı o, ölkə ərazisinə buraxılmayıb. Bundan sonra o, müddətsiz aclıq aksiyasına başlayıb və aeroportun tranzit zonasında qalıb.
Jurnalistin sözlərinə görə, Parisə gəldikdən sonra o, Fransa polisi tərəfindən saxlanılsa da, tezliklə sərbəst buraxılıb.
Xuraman Etibarlı
İnterpress.az