Futbolçu köynəyindəki LGBT embleminə görə 4 oyunluq diskvalifikasiya edilib.
İnterpress.az xəbər verir ki, “Monako”da qalmaqal yaşanıb. Belə ki, 24 yaşlı yarımmüdafiəçi Mohamed Kamara homofobiya ilə mübarizəni dəstəkləyən loqotipi gizlətdiyinə görə diskvalifikasiya edilib.
Komissiyanın qərarında deyilir ki, bu cəza yarımmüdafiəçi Mohamed Kamara tərəfindən “homofobiya ilə mübarizə üçün məlumat kampaniyasında iştirak etməkdən imtina etdiyinə” görə veriləcək.
Fransanın idman naziri Amelie Oudea-Kastera daha əvvəl futbolçunun və klubun “qəbuledilməz” davranışına görə cəzalandırılmasını tələb etmişdi.
Xuraman Etibarlı
İnterpress.az