İsrail HƏMAS-ın Türkiyədəki qərargahının planlaşdırdığı terror aktının QARŞISINI ALDI – FOTObackend

İsrail HƏMAS-ın Türkiyədəki qərargahının planlaşdırdığı terror aktının QARŞISINI ALDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsraildə HƏMAS-ın Türkiyədəki qərargahı istiqamətində planlaşdırılan kamikadze hücumunun qarşısı alınıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb. Bildirilir ki, İsrail Təhlükəsizlik Xidməti (Şin Bet) İsrail ordusu ilə əməkdaşlıq edərək, İordan çayının qərb sahilinin Nablus şəhərində fələstinli Ənəs Şurmanı həbs edib. O, İsrail ərazisinə terror hücumu planlaşdırmaqda əli olmaqda şübhəli bilinərək həbs edilib.

İstintaqın məlumatına görə, Şurman 2023-cü ilin dekabrında Türkiyədən olan Emad Abid adlı təşkilat tərəfindən HƏMAS-a cəlb edilib.

Terror aktına hazırlıq zamanı Şurman 12 kq ağırlığında partlayıcı qurğu hazırlamaq üçün vasitə və göstərişlər alıb.

Onun həbsi zamanı üzərindən terror aktı törətmək üçün müfəssəl təlimatların yer aldığı məktub aşkar edilib.

Ardınca Şin Bet zabitləri Nablusda təşkilatın hərbi fəaliyyətində iştirak edən daha bir neçə HƏMAS üzvünü saxlayıblar.

İstintaq həmçinin HƏMAS-ın Türkiyədəki qərargahı ilə İsraildə terror aktlarının təşkili arasında əlaqəni də üzə çıxarıb.

Xuraman Etibarlı

İnterpress.az