Azərbaycan Çin şirkəti ilə günəş enerjisi istehsalı üzrə əməkdaşlığı müzakirə etdibackend

Azərbaycan Çin şirkəti ilə günəş enerjisi istehsalı üzrə əməkdaşlığı müzakirə etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Kamran Hüseynov Çinin “LONGi Green Energy Technology Co., Ltd.” şirkətinin Orta Şərq, Afrika və Türkiyə regionları üzrə baş direktoru Aleks Li ilə görüşüb.

İnterpress.az bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, görüşdə Azərbaycanda həyata keçirilən yaşıl enerji layihələri barədə ətraflı məlumat verilib, bu xüsusda Çin şirkətlərinin rolundan bəhs edilib. Qarşı tərəf günəş panelləri texnologiyaları və istehsalı barədə məlumat verib.

LONGi şirkətinin ölkəmizdəki günəş enerjisi layihələrində iştirakı, əməkdaşlığın genişləndirilməsi və digər istiqamətlərdə müzakirələr aparılıb, təkliflər dinlənilib. Həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.