Azərbaycan və Macarıstan xarici işlər nazirlərinin geniş tərkibdə görüşü keçirilib.
İnterpress.az XİN-ə istinadən xəbər verir ki, tərəflər Azərbaycan-Macarıstan strateji tərəfdaşlıq gündəliyinin iqtisadi, kənd təsərrüfatı, enerji və siyasi əməkdaşlıq kimi geniş spektrli məsələlərini nəzərdən keçiriblər.
Nazir Ceyhun Bayramov Macarıstan şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası səylərində iştirak etmək və dəstəkləmək üçün əhəmiyyətli potensialının olduğunu vurğulayıb.