Ermənistanda etiraz aksiyalarında iştirak etmək üçün rüşvət verən şəxs saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. İstintaq Komitəsi vətəndaşlara etiraz aksiyalarında iştirak etmək üçün rüşvət vermək ittihamı ilə “Vətən uğrunda Tavuş” hərəkatının üzvünün saxlanıldığını açıqlayıb.
Müstəntiqlər iddia edirlər ki, Kotayk bölgəsinin 29 yaşlı sakini etirazlarda iştirak etmək üçün may ayında azı dörd nəfərin hər birinə 5000 dram ödəyib.
Xəbərdə deyilir ki, istintaq onun həbsi üçün məhkəməyə vəsatət verəcək.
Xuraman Etibarlı
İnterpress.az