Münaqişə zonalarındakı (İraq və Suriya – red) düşərgələrdə saxlanılan Azərbaycan vətəndaşlarının ölkəmizə repatriasiyası dayanmadan həyata keçirilir.
İnterpress.az-ın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov macarıstanlı həmkarı Peter Siyarto ilə keçirdiyi mətbuat konfransında deyib.
Nazir bildirib ki, bu istiqamətdə Azərbaycanın 15 dövlət qurumu birgə fəaliyyət göstərir: “Ötən gün Suriya Ərəb Respublikasının ərazisində yerləşən düşərgələrdə saxlanılan 5-i uşaq və 1-i qadın olmaqla 6 nəfər Azərbaycan Respublikası vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib. Bu, kifayət qədər asan olmayan bir prosesdir. Son illər ərzində 500-dən artıq Azərbaycan vətəndaşı olan qadın və uşaq ölkəyə gətirilib”.
C.Bayramov bildirib ki, hələ də orada saxlanılan insanlar var: “Onların sayını deməkdə çətinlik çəkərəm. Ona görə də bu işlər dayanmadan həyata keçirilir”.