İranlı Moskvada Ukrayna bayrağı olan köynəkdə GƏZDİ – CƏRİMƏLƏNDİ – FOTObackend

İranlı Moskvada Ukrayna bayrağı olan köynəkdə GƏZDİ – CƏRİMƏLƏNDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranlı Moskva küçələrində Ukrayna bayrağı olan sviterdə gəzib və rus qonaqpərvərliyinin bütün “ləzzətlərini” görüb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. İran vətəndaşı Hossia Hidari əynində “Balenciaga” sviterini düz küçədə saxlanılıb, polis maşınına mindirilib və bölməsinə aparılıb.

Orada əcnəbi dindirilib və “Rusiya Silahlı Qüvvələrini gözdən saldığına” görə 50 min rubl cərimə edilib.

Məhkəmə köynəyin müsadirə olunaraq məhv edilməsinə qərar verib.

 

Xuraman Etibarlı

İnterpress.az