“Tələbələrin belə geyimləri təhsil sistemi üçün təhlükəlidir və dağıdıcı xarakter daşıyır” – ŞƏRHbackend

“Tələbələrin belə geyimləri təhsil sistemi üçün təhlükəlidir və dağıdıcı xarakter daşıyır” – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əməkdar artist, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissor və aktyor sənəti kafedrasının professoru Gülşad Baxşıyeva tələbə qızların dərsə geyindiyi açıq-saçıq geyimləri sərt şəkildə tənqid edib.

“Qarşısındakı pedaqoqun yaşını da nəzərə almır, cavab qaytarır ki, hansı paltarda gəlmişəm? Deyirəm, sən dənizə getdiyin paltarda gəlmisən. Bu uşaq başa düşmür, onu dərsə cəlb edə bilmirəm, çünki cazibə qüvvəsi sənin baldrılarındadır. Mənim dərsimə belə gəlməyin. Qolu uzunda gəlin, dar olmayan şalvar geyinə bilərsiniz, qısaqol olar, amma digər açıq, topik qətiyyən olmaz”, – aktrisa deyib.

Mövzu ilə bağlı şair, publisist, sosioloq Əhməd Qəşəmoğlu İnterpress.az-la fikirlərini bölüşüb.

“Bu barədə dəfələrlə müsahibə vermişəm. Mən təhsil müəssisəsində kimin necə gəldi geyinməsinə çox tənqidi baxıram.

Təhsilin keyfiyyətinə çox mühüm təsir eldən amillərdən biri də təhsil mühitidir. Müəllim haqlıdır. Onun dediklərini mən mühasibələrimdə dəfələrlə demişəm. Təəssüf ki, bizdə hələ də çoxları “azadlıq”, “demokratiya” anlayışlarını yarımçıq, qüsurlu şəkildə başa düşür.

Mən müəllimənin mövqeyini düzgün hesab edirəm. Tələbələrin belə geyimlərdə gəlməsi təhsilimiz, ümumilikdə mədəniyyət sistemimiz üçün təhlükəlidir və dağıdıcı xarakter daşıyır.

Dünyanın bütün ciddi təhsil müəssisəsində “təhsil mühiti” məsələsinə ciddi fikir verilir. Bizim təhsil müəssisələrində bu məsələyə layiqincə əhəmiyyət verilmir.

Təhsil müəssisələrimizdə bir sıra formal ştatları birləşdirib 3-4 nəfərdən ibarət “Sosial iş xidməti” yaratmaq lazımdır. Onlar təhsil alanları maarifləndirsələr, rəhbərlik, “təhsil mühiti” məsələsinə diqqət versələr, belə halların qarşısını almaq olar”, – sosioloq bildirib.

Xuraman Etibarlı

İnterpress.az