Hicran Hüseynova: Problemimiz qadınlarla bağlı məsələləri elə onlarla müzakirə etməyimizdirbackend

Hicran Hüseynova: Problemimiz qadınlarla bağlı məsələləri elə onlarla müzakirə etməyimizdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bizim əsas problemimiz odur ki, qadınlarla bağlı məsələləri elə qadınlarla müzakirə edirik. Lakin əksinə olmalıdır.

İnterpress.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova “Xarici siyasət məsələləri üzrə beynəlxalq platformalarda Azərbaycan qadınlarının iştirakı: problemlər və perspektivlər” mövzusundakı dəyirmi masada deyib.

Onun sözlərinə görə, beynəlxalq tədbirlərdə həmişə sual verilir ki, Azərbaycanda niyə dövlət rəhbərliyində qadınların sayı azdır: “Biz həmin suala belə cavab verirdik ki, Azərbaycan müharibə çətinlikləri çəkib, torpaqları işğal olunub, bir milyona yaxın qaçqın və məcburi köçkünü var. Həmin köçkünlərin yarıdan çoxu qadınlardır. Bundan əlavə, müharibə nəticəsində Azərbaycanda qadınların əksəriyyəti ailə başçısını itirmişdi. Buna baxmayaraq, münaqişə dövründə Azərbaycan qadınının özünü inkişaf etdirmək, bütün sahələrdə təmsil olunmaq imkanı oldu. Artıq Azərbaycan siyasətində qadınlar aktivdir, inkişaf edirlər”.

Komitə sədri əlavə edib ki, dövlət qurumlarında xeyli qadın işləsə də, beynəlxalq şöbələrdə onların sayı artırılmalıdır.

“İlk bələdiyyə seçkilərində seçilənlərin cəmi 4 faizi qadınlar idi. Mən o zaman Prezident Administrasiyasına müraciət etmişdim. Hansı qadınla danışırdıq, deyirdi ki, seçkiyə qatılmağa qorxur. Onlar təzyiqlə üzləşəcəklərini deyirdilər. Görülən işlərin nəticəsində indi bələdiyyə seçkilərində seçilən qadınların sayı 4 faizdən 40 faizə yüksəlib”, – o qeyd edib.