İsrail Türkiyənin embarqosuna BELƏ CAVAB VERDİbackend

İsrail Türkiyənin embarqosuna BELƏ CAVAB VERDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədən İsrailə idxal yalnız xüsusi icazə ilə mümkün olacaq.

interpress.az xəbər verir ki, bu barədə “The Marker” iqtisadi nəşri məlumat yayıb. Bildirilir ki, Türkiyədən İsrailə xüsusi icazə ilə mal daxil olacaq.

İsrailin İqtisadiyyat naziri Barkat yaxın vaxtlarda idxalçıların Türkiyədən mal idxal etmək istədikləri zaman lisenziya almasını tələb edən bir fərman verəcək.

Qeyd olunur ki, məqsəd idxalı çətinləşdirmək və miqyasını azaltmaqdır.

Nəşrin məlumatına görə, bu, Türkiyə prezidenti Ərdoğanın mayın 2-də elan etdiyi embarqoya cavab olaraq İsrail tərəfindən atılacaq ilk əməli tədbirdir.

İdxalçılar qəzəblənir və belə bir addımın böyük ziyan vuracağını və yaşayış xərclərini kəskin şəkildə artıracağını deyirlər.

Xuraman Etibarlı

İnterpress.az