Yuliya Timoşenko axtarışa verilib.
İnterpress.az xəbər verir ki, bunu iyunun 7-də Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin rəsmi saytında dərc olunan məlumatları sübut edir.
Bildirilir ki, Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko axtarışa verilib.
“Yuliya Vladimirovna Timoşenko, 27 noyabr 1960-cı il. Cinayət Məcəlləsinin bir maddəsi ilə axtarışdadır”, – Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin axtarış məlumat bazasında göstərilir.
Keçmiş baş nazirin hansı maddə ilə axtarışa verildiyi açıqlanmır.
Xuraman Etibarlı
İnterpress.az