İsrailin Qəzza zolağında saxlanılan qalan girovların, o cümlədən Rusiya vətəndaşlarının vəziyyəti ilə bağlı konkret məlumatı yoxdur.
interpress.az xəbər verir ki, bu barədə İsrailin Rusiya Federasiyasındakı səfiri Simona Qalperin “İzvestiya”ya müsahibəsində bildirib. Onun sözlərinə görə, hazırda 43 ölüm halı məlumdur.
Qalperin vurğulayıb ki, HƏMAS tərəfindən əsir götürülən insanların azad edilməsi “çox vacib məsələ” olaraq qalır.
Qeyd edək ki, iyunun 8-də İsrail ordusu aralarında Rusiya vətəndaşı olan 4 girovu azad etdiyini açıqlayıb.
Xuraman Etibarlı
İnterpress.az