Ermənistanda separatçı tör-töküntülərindən olan və Kəlbəcər rayonunun Həsənriz kəndində qanunsuz məskunlaşaraq (ermənilər onu Aterk adlandırırdılar – red.) özünü “başçı” elan edən erməni saxlanılıb.
interpress.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Ruben Melikyan facebook səhifəsində yazıb.
“Aterk kəndinin başçısı Vardan Qriqoryan saxlanılıb. Saxlanma “ən pis şəkildə” Byurakan yaxınlığında şəxsi avtomobilində baş verib.
Hazırda Qriqoryanı saxlayan şəxslərin azyaşlı uşaqları maşında tək qoyması ilə bağlı məlumatı dəqiqləşdirməyə çalışırıq.
Mən buna inana bilmirəm. Bir az sonra canlı yayımda bu məsələyə qayıdacağam”, – Melikyan yazıb.