Ermənistan Qarabağdan könüllü köçən ermənilərə yardımı dayandıracaq.
interpress.az erməni mediasına istinadla xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini Tiqran Xaçatryan parlamentdə bildirib.
“Yəqin ki, 2025-ci il yanvarın 1-dən Qarabağdan köçən əmək qabiliyyətli yaşda olan insanlara kirayə yardımı dayandırılacaq.
2024-cü il mayın 31-nə olan məlumata görə, Qarabağdan olan 17 min nəfər iş tapıb. Qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı min nəfəri ötür”, – baş nazirin müavini deyib.
Tiqran Xaçatryan bəyan edib ki, çox güman ki, 2025-ci il yanvarın 1-dən Qarabağdan köçən əmək qabiliyyətli yaşda olan insanlara kirayə yardımı dayandırılacaq, yardımlar əsasən uşaqlara, əlillərə və pensiyaçılara yönəldiləcək.
Xuraman Etibarlı
İnterpress.az