İsrail BMT-yə qarşı sanksiyalar tətbiq etmək niyyətindədir.
interpress.az xəbər verir ki, “Financial Times” məlumat yayıb. Bildirilir ki, İsrail BMT-yə qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır.
İsrail BMT-nin İsrail və İordan çayının qərb sahilində fəaliyyət göstərən agentliklərinə məhdudiyyətlər qoya bilər. Səbəb BMT-nin yəhudi dövlətini “silahlı münaqişə zonalarında uşaqlara zərər verən” ölkələrin qara siyahısına daxil etmək qərarıdır.
Sanksiyalar arasında BMT əməkdaşları üçün vizaların uzadılmasından imtina, BMT-nin yüksək rütbəli məmurlarının boykot edilməsi və BMT-nin Barışıq Nəzarəti Orqanı daxil olmaqla, ölkədəki bütün missiyaların dayandırılması daxildir.
Xuraman Etibarlı
İnterpress.az