Ermənistanda GƏRGİNLİK: “Ölkədə terror və sui-qəsd hallarının olma ehtimalı yüksəkdir” – Hərbi jurnalistbackend

Ermənistanda GƏRGİNLİK: “Ölkədə terror və sui-qəsd hallarının olma ehtimalı yüksəkdir” – Hərbi jurnalist

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxın dörd kəndi Azərbaycana təhvil verilməyə başlayandan sonra Ermənistanda bir qrup Paşinyan hökumətinə qarşı çıxdı və etiraz mitingləri keçirməyə başladılr. Ümumiyyətlə, bir şeyə diqqət etmək lazımdır ki, Ermənistanda Daxil İşlər Nazirliyi və xüsusi xidmət orqanları Paşinyana sadiqdir, amma ordunun Paşinənə sadiq olması ilə bağlı həmişə fikirlər olub ki, ordu Paşinyana tam sadiq deyil və çalışırlar Paşinyanı devirməyə. Amma məsələ ondadır ki, Paşinyanı devirmək o qədər dasan olmayacaq. 

Bu fikirləri Ermənistandakı hazırkı gərgin vəziyyət və toqquşmalar fonunda vətəndaş müharibəsi, yaxud Paşinyanın istefasının ola biləcəyini dəyərləndirən hərbi jurnalist Səxavət Məmməd İnterpress.az-a açıqlamasında səsləndirib.

O bildirib ki, Ermənistanda gərginlik davam etsə də, bu Paşinyanın istefasına gətirib çıxarmayacaq.

“Erməni xalqı əslində müxalif düşərgənin tərəfində deyil. Çünki əsl səbəb odur ki, onlar Ermənistandakı Qarabağ klanının hakimiyyəti dövrünü yaxşı xatırlayırlar və bilirlər ki, onların başına nələr gələ bilər.

Ermənistanda baş verən proseslərin fonunda atəşkəsin pozulması, yəni tam olaraq hansı istiqamətdən pozulması bilinməsə də gözlənilirdi. Onlar Naxçıvan istiqamətindən buna nail oldular. Bu tip halların olacağı açıqı gözlənilən məsələ idi.

Ümumiyyətlə, sülh müqaviləsinin baş tutacağını açıqı yaxın zamanda, hətta bu ilin sonuna qədər gözləmək doğru yanaşma deyil. Çünki Ermənistanda bu hadisələr fonunda Azərbaycanın bir nümrəli şərti odur ki, Ermənistan Konstitusiyası dəyişdirilsin.

Konstitusiyanın dəyişdirilmə prosesi çox uzun bir məsələdir. Paşinyan da referenduma gedə bilməz, çünki hələ baş verən prosesləri yatıra bilmir, müxalif düşərgəni, ümumiyyətlə, Ermənistan ahalisini sakitləşdirə bilmir. Yəni bunun üzərində də Paşinyan hökuməti referendumu elan etsə, hesab edirəm ki, onlar üçün çox ciddi problem olar”, – Səxavət Məmməd deyib.

Onun sözlərinə görə, Ermənistanda terror və sui-qəsd hallarının olması ehtimalı yüksəkdir.

“Ermənistanda hakimiyyət çevrilişi olacaq, olmayacaq, bilinmir, amma əsas bilinən məsələlərdən biri odur ki, terror və sui-qəsd cəhdləri olma ehtimalı son dərəcə yüksəkdir.

Yəni Ermənistan-Rusiya münasibətlərinin kəskinləşməsi fonunda yaxın zamanlarda Ermənistanda sabitliyin olacağı gözlənilmir, – jurnalist bildirib.

Xuraman Etibarlı

İnterpress.az