Ermənistan parlamentinin iclasında vəziyyət yenidən gərginləşib.
interpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilir ki, Ermənistanparlamentinin iyunun 13-də keçirilən iclasında vəziyyət yenidən pisləşib.
“Ermənistan” müxalifət blokunun parlament fraksiyasının katibi Artsvik Minasyan parlamentin sədri Alen Simonyanı tənqid edib.
O, Simonyanı müxalifət deputatlarına qarşı qərəzli münasibətdə ittiham edib.
Parlament rəhbəri isə cavabında bunların hamısının yalan olduğunu, bununla bağlı heç kimə göstəriş vermədiyini bildirib. Lakin ona “Ermənistan” müxalifət blokunun parlament fraksiyasının sədri Seyran Ohanyan cavab verib.
Ohanyan Simonyanın yanına qalxıb. Simonyan Ohanyanı yalan danışmaqda ittiham edib və ondan aşağı enməsini tələb edib.
“Sən yalan danışırsan. Rədd ol. Tribunadan düş. Sənin burada olmağa haqqın yoxdur. İndi səni birdəfəlik qovacam. Aşağı düş. Get burdan”, – deyə Simonyan Ohanyanı qovub.
Bu davranışı müxalifət fraksiyasının rəhbərini əsəbləşdirib. O, təəccübünü gizlətməyib və deyib: “Ara, bunlar xəstədir ki…”.
Yaxınlıqda olan Simonyan bunu eşidib daha da hiddətlənib. Ermənistan parlamenti sədrinin qəzəbinə parlamentin vitse-spikeri Akop Arşakyan da dəstək verib.
Ohanyan gedəndən sonra Simonyan qışqırıb: “Sən özün “ara”san da, xəstə də”.
Xuraman Etibarlı
İnterpress.az