Ermənistan İsrailin “Barak-8” hava hücumundan müdafiə sistemini almaq fikrindədir.
interpress.az xəbər verir ki, bu barədə İsrailin “en.globes.co.il” portalı bulgarianmilitary.com-a istinadən məlumat yayıb. Bildirilir ki, Ermənistan İsrailin “Barak-8” hava hücumundan müdafiə sistemini almaq imkanını nəzərdən keçirir.
Sayt yazır ki, Ermənistan hazırda daha müasir hava hücumundan müdafiə sistemləri almaqda maraqlıdır.
Nəşrin yazdığına görə, İsrail Azərbaycana hərbi texnikanın əsas tədarükçüsü olduğu üçün Ermənistanın marağı görünməmiş şəkildədir.
“Üstəlik, Azərbaycanın 2020-ci ildə 44 günlük müharibədə qələbə qazanmasının səbəblərindən biri də İsrailin istehsal etdiyi hücum silahları olub.
Bundan əlavə, son aylarda İsraillə Azərbaycan arasında mühüm müqavilələrin imzalanması davam etdirilib ki, onlardan biri də 1,2 milyard dollar dəyərində “Barak MX” hava hücumundan müdafiə sisteminin satışıdır”, – sayt qeyd edib.
Xuraman Etibarlı
İnterpress.az