Keşişi arvadının gözü qarşısında bıçaqlayaraq ÖLDÜRDÜLƏRbackend

Keşişi arvadının gözü qarşısında bıçaqlayaraq ÖLDÜRDÜLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dərbənddə keşiş arvadının gözü qarşısında bıçaqlanaraq öldürülüb və ikona yandırılıb.

interpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Nikolay Ata Dərbənddə və bütün Dağıstanda geniş tanınırdı. Onun timsalında Dərbənddə piyadalar üçün nəzərdə tutulmuş küçədə ucaldılmış üç dinin qardaşlığına abidə ucaldılıb. O, həmkarları və kilsə üzvləri tərəfindən hörmət edilir və böyük ailəsi tərəfindən sevilirdi.

Kişinin həyat yoldaşı, üç qızı və altı nəvəsi qalıb.

“Atam 40 ildən çox xidmət edib, böyük dərdimiz var. Hamının bir sualı var: niyə ona hücum etdilər? Buna heç kim cavab verə bilməz, mən də bunun niyə baş verdiyini bilmirəm”, – ölən Nikolay Kotelnikovun qızı Antonina Kotelnikova “Komsomolskaya Pravda”ya bildirib.

Hücum keşişin həyat yoldaşı, 69 yaşlı Valentina Kotelnikovanın gözü qarşısında baş verib. Qadın hələ də gördüklərindən dəhşətə gəlir.

Silahlılar iyunun 23-də axşam saatlarında məbədə soxulublar. Şahidlərin sözlərinə görə, onlar əvvəlcə mərkəzi ikonanı yandırıblar, sonra fərq qoymadan atəş açmağa başlayıblar, sonra isə keşişin evinə soxularaq Nikolay Kotelnikova bıçaqla hücum ediblər.

Xuraman Etibarlı

İnterpress.az