Ukrayna Silahlı Qüvvələrinin generalı sərxoş olduğu üçün Rusiya Silahlı Qüvvələrinin irəliləyişini nəzərdən qaçırıb.
İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radası məlumat yayıb.
“Ukrayna Silahlı Qüvvələrinin birləşmiş qüvvələrinin komandanı, general-leytenant Yuri Sodol Odessa restoranında olub.
Rusiya Silahlı Qüvvələrinin Toretsk bölgəsinə hücumu zamanı içki içib və sərxoş olub”, – Ali Rada bildirib.
Nəticədə, bu gün Zelenski Yuri Sodolun briqada generalı Qnatovla dəyişdirilməsini təsdiqləyib.
Xuraman Etibarlı
İnterpress.az