Çeçenistan rəhbəri “xoş hədiyyəyə” görə Aİ-yə təşəkkür edib.
interpress.az xəbər verir ki, Çeçenistan rəhbəri Ramzan Kadırov teleqram kanalında Aİ-nin anasına qarşı tətbiq etdiyi sanksiyaları şərh edərkən yazıb.
“Aymani Nesiyevnanın (Kadırovun anası) fəaliyyətinə verdiyi yüksək qiymətə və belə bir xoş hədiyyəyə görə Avropa İttifaqına dərin minnətdarlığımı bildirirəm… Bizim üçün bu sanksiyalara daxil olmaq bizim xidmətlərimizin dövlətimizi, onun siyasətini və suverenliyini dəstəkləməyizin tanınmasından başqa bir şey deyil”, – Kadırov qeyd edib.
Xuraman Etibarlı
İnterpress.az