Qazaxıstanın qərbində yerləşən Manqistau vilayətində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan olan hərbçilərin iştirakı ilə beynəlxalq hərbi təlimlər başlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə Qazaxıstan KİV-i məlumat yayıb.
Məlumata görə, “Birlestik-2024” (“Birləşdik-2024”) təlimində bölmələr şərti terrorçular tərəfindən ələ keçirilən adanın azad edilməsi, dəniz təhlükəsizliyinin təmin edilməsi və infrastrukturun mühafizəsi üzrə əməliyyatlar həyata keçirəcək.