Berlində ETİRAZ AKSİYASI – Polis ukraynalılara öz dillərində danışmağı QADAĞAN ETDİbackend

Berlində ETİRAZ AKSİYASI – Polis ukraynalılara öz dillərində danışmağı QADAĞAN ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Berlin polisi Rusiya səfirliyi qarşısında etiraz aksiyası keçirən ukraynalılara öz dillərində danışmağı qadağan edib.

interpress.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.

Bazar ertəsi axşam Ukraynanın “Veçe” təşkilatının üzvləri Rusiyanın Berlindəki səfirliyi yaxınlığında etiraz aksiyasına çıxıblar. Nəticədə, Ukrayna dilində çıxışlar qadağan edilib.

Polis qısa müddət ərzində tərcüməçi tapa bilmədiklərini bildirib. Ona görə də çıxışların yalnız alman və ya ingilis dilində olacağı barədə qeydiyyatdan keçənlərlə əvvəlcədən razılaşdırılıb.

Xuraman Etibarlı

İnterpress.az