Netanyahu dekabr ayında korrupsiya və media rüşvəti ilə bağlı məhkəmələrdə ifadə verməyə başlayacaq.
interpress.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb. Bildirilir ki, Qüds Dairə Məhkəməsi çərşənbə axşamı İsrailin baş naziri Benyamin Netanyahunun korrupsiya işi üzrə ifadə verməyə dekabrın 2-də başlayacağına qərar verib.
Onun iki ay müddətində ifadə verməsi və çarpaz dindirilməsi gözlənilir.
Netanyahu işi izləmək üçün müharibə ilə çox məşğul olduğunu söyləyib və ifadəsinin 2025-ci ilin yazının ortalarına qədər təxirə salınmasını istəyib. İttiham tərəfi isə ifadəsinin məhkəmənin yay fasiləsindən sonra dərhal başlamasını istəyib.
İş 2020-ci ildə qaldırılıb və məhkəmə prosesi 2021-ci ilin yazında başlayıb. Lakin ittiham tərəfi yaxın vaxta qədər işini yekunlaşdırmayacaq. Ən son şahidlərdən biri, Mossad-ın keçmiş rəhbəri Tamir Pardo gələn həftə ifadə verəcək.
Xatırladaq ki, Netanyahuya qarşı üç iş araşdırılır: qeyri-qanuni hədiyyələr işi, Yediot Aharonot-Yisrael Hayom mediasına rüşvət cəhdi və Bezeq-Walla mediasına rüşvət verilməsi işi.
Xuraman Etibarlı
İnterpress.az