Avropa Ukraynanın Tramp dövründə tam məğlubiyyətə uğrayacağından qorxur.
interpress.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “The Wall Street Journal” (WSJ) məlumat yayıb.
Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın Kiyevə yardımı tənqid etməsi ilə tanınan Ohayo ştatından senator Ceyms Devid Vensi vitse-prezidentliyə namizəd kimi irəli sürmək qərarı Avropa paytaxtlarında narahatlıq yaradır.
Bu, Trampın Rusiya ilə münaqişədə Ukraynaya dəstəyini dayandırmaq üçün daha da motivasiyası ola bilər.
Onların məlumatına görə, Tramp ABŞ-dəki prezident seçkilərində qalib gələrsə və Kiyevə yeni silah və maliyyə yardımı paketləri göndərməkdən imtina edərsə, “Ukrayna Moskva ilə hər hansı danışıqlarda daha az təsir rıçaqına malik olacaq və ya müharibəni tamamilə uduzmuş ola bilər”.
Yüksək səviyyəli bir avropalı məmur nəşrə deyib ki, “Ukraynanın taleyi qaranlıqdır”.
Qəzet qeyd edir ki, Vens Kiyevə vəsait ayrılmasına qarşı çıxan “ultra-mühafizəkar respublikaçılar”ın liderlərindən biridir.
“The New York Times” qəzetinə müsahibəsində Vens qeyd edib ki, Ukraynaya neytral status verilməli, onun sərhədləri yenidən nəzərdən keçirilməlidir.
Xuraman Etibarlı
İnterpress.az