Ukraynalı siyasətçi İrina Farionun qətlində şübhəli bilinən şəxs saxlanılıb.
interpress.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski teleqram kanalda bildirib. O deyib ki, keçmiş Rada deputatı İrina Farionun qətlində şübhəli bilinən şəxs saxlanılıb.
Ukraynanın daxili işlər naziri İqor Klimenko Zelenskiyə bildirib ki, gənc Dneprdə saxlanılıb.
Onun 18 yaşlı gənc olduğu üzə çıxıb.
Prezident əlavə edib ki, əməliyyat “asan olmayıb” və bu iş üzərində yüzlərlə mütəxəssis işləyib.
Xatırladaq ki, Ukraynda naməlum şəxs tərəfindən güllələnən Ali Radanın keçmiş deputatı İrina Farion Lvovda xəstəxanada dünyasını dəyişib.
Xuraman Etibarlı
İnterpress.az