Temperaturun və hava şəraitinin qəfil dəyişməsi bu xəstəlikləri AĞIRLAŞDIRA BİLƏR – SİYAHIbackend

Temperaturun və hava şəraitinin qəfil dəyişməsi bu xəstəlikləri AĞIRLAŞDIRA BİLƏR – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Anksiyete, depressiya və şizofreniya da daxil olmaqla 19 nevroloji xəstəlik iqlim dəyişikliyi ilə pisləşə bilər.

interpress.az xəbər verir ki, bu barədə “The Lancet” məlumat yayıb.

Alimlər 57 il ərzində dərc edilmiş 332 tibbi hesabatı araşdırıb. Onlar müəyyən ediblər ki, iqlim dəyişikliyi nevroloji və psixiatrik xəstəlikləri olan insanlara mənfi təsir göstərə bilər.

Araşdırmaya görə, temperaturun və hava şəraitinin qəfil dəyişməsi səbəbindən 19-a yaxın nevroloji xəstəlik ağırlaşa bilər.

Mütəxəssislərin fikrincə, bu, miqren, epilepsiya, dağınıq skleroz, həmçinin narahatlıq, depressiya və şizofreniyadan əziyyət çəkənlərə aiddir.

Xuraman Etibarlı

İnterpress.az