Nevroloq şiroterapi müalicəsinə müraciət edənlərə tam iflic riski barədə xəbərdarlıq edib.
interpress.az xəbər verir ki, şiroterapi – insan quruluşunun əsasını təşkil edən onurğa, oynaq və disklərin pozğunluqlarını müalicə etmək üçün nəzərdə tutulmuş müalicə üsuludur.
Nevroloq şiroterapi müalicəsinə müraciət edənlərə tam iflic riski barədə xəbərdarlıq edib.
Bəzi hallarda, bədənin kobud manipulyasiyasından sonra insan hərəkət etmək qabiliyyətini itirə bilər. Vəziyyəti daha da pisləşdirməmək vacibdir.
“Şiroterapi və osteopatiya çox zərərli xidmətlərdir. Onurğanı sındırmaqla düzəltməyə cəhd edə bilməzsiniz. Bu təcrübə cinayətdir və çox təhlükəlidir. Bu, qəbuledilməzdir, çünki zərər verə bilər.
Həddindən artıq səy tetraplegiyaya, insanın tam iflicinə və hərəkətsizliyə səbəb ola bilər. Bir millimetrin onda birinin yerdəyişməsi kifayətdir”, – nevroloq bildirib.
Xuraman Etibarlı
İnterpress.az