ABŞ seçkiləri Ukrayna üçün problem və riskdir.
interpress.az xəbər verir ki, bu barədə “Monde” qəzetinə müsahibəsində Ukrayna prezidenti Volodimir Zelenski deyib.
“Özünü proqnozlaşdırmaq mümkün olmayan risklər var. Donald Tramp qalib gəlsə, dialoqumuzun necə olacağını bilmirik”, – Ukrayna prezidenti bildirib.
Eyni zamanda, Zelenski hesab edir ki, Ukraynanı dəstəkləyən əksəriyyət ABŞ Konqresində qalacaq.
Xuraman Etibarlı
İnterpress.az