Altay dağlarının buzlaqları al qırmızı rəngə boyanıb.
interpress.az xəbər verir ki, bu barədə Tomsk Dövlət Universitetindən məlumat verilib. Bildirilib ki, Altay dağlarının buzlaqları al qırmızı rəngdə “çiçək açıb”. Səbəb “Chlamydomonas nivalis” yosunlarıdır.
Tomsk Dövlət Universitetindən verilən məlumata görə, bu il “çiçəkləmə” xüsusilə aktivdir ki, bu da iqlim dəyişikliyini göstərə bilər.
Chlamydomonas nivalis – Chlamydomonadales dəstəsindən birhüceyrəli yaşıl yosunların bir növüdür. Aşağı temperaturda mövcud olma qabiliyyətinə və qırmızı piqment astaxanthinin olması səbəbindən “qırmızı qar” fenomeninə səbəb olur.
Xuraman Etibarlı
İnterpress.az