Millətə vəkil olmağa layiq Türk Xatunubackend

Millətə vəkil olmağa layiq Türk Xatunu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tənzilə Rüstəmxanlı dedikdə, gözümün önündə iradəli, güclü Türk qadını, əzəmətli, dözümlü Azərbaycan xanımı canlanır. O, yalnız ictimai xadım, milli mübariz, fikir və yol davası aparan bir şəxs deyil, həm də yaşam tərzi, dünyaya baxışı, mənəvi-əxlaqi dəyərlərə bağlılığı ilə milləti üçün əlindən gələni etməyə çalışan saf ürəkli Türk Xatunu, övladları, övlad bildikləri yüzlərlə soydaşı, hətta tanımadığı insanlar üçün belə daim narahat olan və yaxşılıq etməkdən böyük zövq alan əsil anadır.

Tənzilə xanım həm də alimdir, filologiya üzrə fəlsəfə elmləri doktorudur. O, bir dövlət məmurudur: Azərittifaqın fəaliyyətində də aktiv iştirak edən Tənzilə Rüstəmxanlı “koorperasiya əlaçısı” nişanına layiq görülüb.

O, ictimai-siyasi fəaliyyəti ilə yanaşı, qadın problemləri ilə də yaxından məşğul olub, qadın hüquqlarının qorunmasında aktivliyi ilə fərqlənib. Azərbaycan qadınlarını beynəlxalq aləmdə yaxından tanıtdırmaq, Azərbaycan qadınlarının sülh hərəkatında, beynəlxalq görüşlərdə, elmi, siyasi və yaradıcılıq konfranslarında iştirakına yardım göstərmək, qadın problemlərini öyrənmək, bununla bağlı ölkədaxili və beynəlxalq tədbirlər təşkil etmək sahəsində Tənzilə xanımın fəaliyyəti danılmazdır.

Müstəqil Azərbaycan dövlətinin inkişafı və möhkəmlənməsi işində qadınlarımızın daha fəal iştirakına nail olmağı hədəfləyən Tənzilə xanıma yüksək etimad göstərərək Vətəndaş Həmrəyliyi Partiyası (VHP) onun millət vəkilliyinə namizədliyini irəli sürüb. Siyasətçi xanım 70 saylı Neftçala seçki dairəsindən namizəddir. Çalışdığı bütün sahələrdə səmərəli fəaliyyəti ilə fərqlənən Tənzilə xanım inanıram ki, millət vəkili kimi də uğurlar qazanacaq, ölkəmizin, dövlətimizin inkişafı və gələcəyində əvəzsiz rolu və xidməti olacaq.

Neftçala sakinləri Tənzilə xanımın etdiyi fədakarlıqları, xeyirxah əməlləri yəqin ki, unutmayacaqlar və onun namizədliyini dəstəkləyib yekdilliklə səslərini Tənzilə Rüstəmxanlıya verəcəklər. İnanıram ki, həmişə xalqın səsinə səs verən, xeyirxahlığı ilə hörmət qazanan Tənzilə xanımı neftçalalılar sentyabrın 1-də tək qoymayacaq, dəstəkləyəcəklər.

Onun Azəri-Türk Qadınlar Birliyinin sədri kimi qazandığı nailiyyətlərlə yanaşı, millət vəkili kimi də layiqli və etibarlı işi ilə xalqın etimadını doğruladacağına əminəm. Bu yolda Tənzilə xanıma uğurlar arzulayıram, yolunuz açıq olsun deyirəm.

Məlahət Qurbanova

70 Saylı Neftçala Seçki Dairəsindən deputatlığa namizəd Tənzilə Rüstəmxanlının vəkili, Azərbaycan Kərkük Mədəniyyət və Əməkdaşlıq Mərkəzinin sədri