İnterpress.az xəbər verir ki. qanuna əsasən, 2017-ci ildə Azərbaycanda yaşayış minumumu 155 manat proqnozlaşdırılıb.
Əhalinin sosial-demoqrafik qrupları üzrə yaşayış minimumu əmək qabiliyyətli əhali üçün – 164,5 manat, təqaüdçülər üçün – 130,2 manat, uşaqlar üçün – 136,6 manat təşkil edəcək.
Xatırladaq ki 2016-cı ildə yaşayış minimumu 136 manat idi. Bu göstərici əmək qabiliyyətli əhali üçün – 145 manat, təqaüdçülər üçün – 115 manat, uşaqlar üçün – 118 manat təşkil edib.
İnterpress.az