İsrail Moldovada səfirlik AÇDIbackend

İsrail Moldovada səfirlik AÇDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Moldovada səfirliyini açıb.

İnterpress.az xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Gideon Saarın X hesabında məlumat verilib.

Xarici işlər naziri Saar Kişinyovda İsrail səfirliyinin açılışında iştirak edib.

O, çıxışında qeyd edib ki, səfirliyin açılması İsrail və Moldova arasında əlaqələrin möhkəmləndirilməsində tarixi addımdır.

Saar 2023-cü il oktyabrın 7-də HƏMAS-ın işğalından sonra Moldovaya İsraili dəstəklədiyinə görə təşəkkür edib.

Nazirin səfəri Moldovanın ali rəhbərliyi, o cümlədən prezident Sandu və baş nazir Recan ilə görüşlərlə müşayiət olunur.

Xuraman Etibarlı

İnterpress.az