Əl-Culaninin mövqeyi Türkiyənin təhlükəsizlik ehtiyaclarına cavab verir.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.
“Suriya prezidenti əl-Culaninin Türkiyəyə səfəri zamanı kürd hərbi-siyasi təşkilatı PKK/YPG-yə qarşı atılması lazım olan addımlar müzakirə olunub.
Gördüm ki, o, bu məsələdə çox aydın mövqe bildirib. Bu aydınlıq Türkiyənin təhlükəsizlik ehtiyaclarını ödəyən səviyyədədir”, – nazir deyib.
O, Suriyanın milli birliyini təmin etmək üçün müxtəlif ölkələrdən gələn bütün PKK üzvlərini deportasiya etməli və ya məhv etməli olduğunu vurğulayıb.
Xuraman Etibarlı
İnterpress.az