Fransa müsəlmanları təhsildən MƏHRUM ETDİ: Əl-Kindi məktəbi BAĞLANDIbackend

Fransa müsəlmanları təhsildən MƏHRUM ETDİ: Əl-Kindi məktəbi BAĞLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa müsəlmanların təhsil aldığı Əl-Kindi məktəbi bağlanıb. 

İnterpress.az xəbər verir ki, bu barədə Əl-Kindi-nin direktoru Abdeluaxb Bakli bildirib.

Fransa hakimiyyəti məktəbə dövlət müqaviləsini ləğv edib və maliyyələşdirməni dayandırıb.

İndi Lion şəhərinin ətrafında yerləşən Əl-Kindi özəl müsəlman məktəbinin 600-dən çox şagirdi təhsilsiz qalmaq riski ilə üzləşib.

Qərar maaşlarını itirəcək 30 müəllimə də təsir edəcək.

Yanvarın 10-da prefekt Fabienne Buccio məktəbin bağlanmasına səbəb kimi yoxlamanın nəticələrini göstərib.

O, təhsil və inzibati idarəetmədə “pozuntulara”, o cümlədən “respublika dəyərlərinə qəsdlərə” işarə edib.

Xuraman Etibarlı

İnterpress.az