“Marafon kraliçası” 5 il müddətinə azadlıqdan MƏHRUM EDİLDİ – VİDEObackend

“Marafon kraliçası” 5 il müddətinə azadlıqdan MƏHRUM EDİLDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məhkəmə “marafon kraliçası” Yelena Blinovskayanı beş il müddətinə azadlıqdan məhrum edib.

İnterpress.az xəbər verir ki, Moskvanın Savyolovski Məhkəməsi bloger və sahibkar Yelena Blinovskayanı 5 il həbs edib və 1 milyon rubl cərimələyib.

Bundan əlavə, ona dörd il müddətində kommersiya fəaliyyəti ilə məşğul olmaq qadağan edilib.

Məhkəmə həmçinin Blinovskayaya qarşı 587 milyon rubl mülki iddianı təmin edib və onun istintaq zamanı üzərinə həbs qoyulan əmlakının dövlətə keçirilməsinə qərar verib.

Bundan əlavə, məhkəmə Blinovskayaya övladlarının 14 yaşına çatana qədər cəzanın icrasından möhlət verilməsini təmin etməyib.

прокуратура

Xuraman Etibarlı

İnterpress.az