Tanınmış boksçu Rüstəm İsmayılov SAXLANILDI – FOTObackend

Tanınmış boksçu Rüstəm İsmayılov SAXLANILDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məğlubedilməz boksçu Rüstəm İsmayılov Moskvada saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Bildirilir ki, tanınmış dağıstanlı boksçu Rüstəm İsmayılov Moskvada saxlanılıb.

İdmançı Presnenskaya sahilindəki “Asiya” gözəllik-spa mərkəzinə baş çəkib. Orada işçilər onun üzərində ağ toz olan paket görüb və polisə müraciət ediblər.

Şübhəli maddə ekspertizaya göndərilib, İsmayılov özü isə dindirilmək üçün polis bölməsinə aparılıb.

 

Xuraman Etibarlı

İnterpress.az