La Roche-Posay dəriyə qulluq kremində zəhərli kanserogen benzol tapılıb.
İnterpress.az xəbər verir ki, bu barədə “The Business of Fashion” məlumat yayıb.
Məhsul xərçəngə səbəb ola bilər.
Şirkət artıq ABŞ-də bütün xətti təcili geri çağırıb. Amma krem hələ də mağazalarda və apteklərdə satılır.
Əvvəllər yüksək səviyyədə benzol “Clinique” və “Clearasil” kremlərində də aşkar edilmişdi.
Xuraman Etibarlı
İnterpress.az