Qazaxıstan və Mərakeş arasında vizasız rejim QÜVVƏYƏ MİNDİbackend

Qazaxıstan və Mərakeş arasında vizasız rejim QÜVVƏYƏ MİNDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstan və Mərakeş arasında vizasız rejim qüvvəyə minib.

İnterpress.az xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyi məluat yayıb.

Qazaxıstan və Mərakeş arasında viza tələblərindən qarşılıqlı azadlığa dair Saziş bu gün qüvvəyə minir.

İki ölkənin vətəndaşları hər 6 ay ərzində digər dövlətin ərazisində 30 günə qədər vizasız qala biləcəklər.

Həmçinin, Astana üçün vizasız rejim Monteneqro hakimiyyəti tərəfindən 2025-ci il dekabrın 31-dək uzadılıb.

Bundan əlavə, Qazaxıstan vətəndaşları Omanda 30 günə qədər qala bilərlər, halbuki əvvəllər bu müddət 14 gün idi.

Qeyd edək ki, martın 1-də Qazaxıstan və Mərakeş xarici işlər nazirləri iki ölkə arasında vizasız rejim haqqında sazişləri müzakirə ediblər.

Xuraman Etibarlı

İnterpress.az