Ermənistanın Ombudsmanı parlamentdə jurnalistlərə qarşı güc tətbiqi ilə bağlı insidenti araşdırır.
İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
“Sosial şəbəkələrdə və KİV-də dərc olunan yazıların daimi monitorinqi nəticəsində Ombudsman Aparatı parlamentdə jurnalistlərin iştirakı ilə baş vermiş insidenti qeydə alıb”, – hüquq müdafiəçisinin ofisinin açıqlamasında deyilir.
Ombudsman vurğulamağı zəruri hesab edir ki, jurnalistlər öz peşə fəaliyyətlərini həyata keçirərkən hər cür yersiz müdaxilə və təzyiqlərdən qorunmalıdırlar.
Jurnalistlərin parlamentdə işləməsi üçün müəyyən edilmiş qaydalar onların hüquqlarını məhdudlaşdıran, peşə fəaliyyətinə yersiz müdaxilə vasitəsinə çevrilməməlidir.
Xuraman Etibarlı
İnterpress.az