Yüzlərlə fələstinli HƏMAS qruplaşmasına qarşı yenidən etiraz aksiyası keçirir.
İnterpress.az xəbər verir ki, bu barədə DPA xəbər agentliyi məlumat yayıb.
Qəzza zolağının şimalında HƏMAS-a və İsraillə müharibəyə qarşı nümayişlər davam edir.
Yerli sakinlər agentliyə bildiriblər ki, bir neçə yüz nəfər, o cümlədən uşaqlar və qadınlar bu yaxınlarda islamçı təşkilatı geri çəkilməyə çağırıb.
Etirazlar ABŞ-nin insanları köçürmək planlarını da hədəf alıb.
Etiraz aksiyaları Qəzzanın müxtəlif bölgələrində, xüsusən Beyt Lahiya şəhərinin xarabalıqları və Cəbəliyə qaçqın düşərgəsində keçirilib.
Səsyazmalarda nümayişçilərin “HƏMAS – rədd olun!” və “HƏMAS terrordur!” şüarları səsləndirilir.
Xuraman Etibarlı
İnterpress.az