Belqorod vilayətinə yenidən Rusiya bombası DÜŞDÜ – 8 evə ZİYAN DƏYDİbackend

Belqorod vilayətinə yenidən Rusiya bombası DÜŞDÜ – 8 evə ZİYAN DƏYDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belqorod vilayətinə yenidən Rusiya aviabombası düşüb, 8 evə ziyan dəyib.

İnterpress.az xəbər verir ki, bu barədə ASTRA mənbələri bildiriblər.

“Aprelin 9-da axşam saatlarında Tsibulevka kəndi yaxınlığında yüksək dəqiqlikli UMBP-250 bombası partlayıb. Ən azı 8 evin dam örtüyü və pəncərələri zədələnib – möcüzəvi şəkildə heç kim xəsarət almayıb”, – nəşr yazıb.

Bir gün əvvəl, aprelin 8-də oxşar vəziyyət Yakovlevski rayonunda da baş verib. Bomba yerli sakinin maşınının qarşısına düşüb.

O, qəlpə yaraları alıb, lakin İstintaq Komitəsi insidentdə Ukrayna Silahlı Qüvvələrini günahlandırıb.

2025-ci ilin əvvəlindən bu, artıq Rusiya təyyarələrindən – 44 FAB, 7 UMBP və 3 raketdən “özünü atma” ilə bağlı 51-ci hadisədir.

2024-cü ildə ən azı 165 belə hadisə baş verib.

Xuraman Etibarlı

İnterpress.az