ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Zelenskinin tənqidinə cavab verib və bunu “absurd” adlandırıb.
İnterpress.az xəbər verir ki, o, ABŞ-nin Ukraynaya dəstəyini davam etdirdiyini vurğulayıb və Kiyevin iddialarının doğruluğunu şübhə altına alıb.
“Zelenskidən indi ölkəsini həm hərbi, həm də siyasi cəhətdən təsirli şəkildə ayaqda saxlayan ABŞ hökumətinə qarşı bu cür ittihamları eşitmək absurddur”, – Vens deyib.
O, həmçinin müharibənin həlli yollarını axtararkən “Rusiyanın strateji maraqlarını” nəzərə almağa çağırıb.
Daha əvvəl Zelenski CBS telekanalına müsahibəsində bildirib ki, ilk görüşdə Vens deyib: “Müharibəyə Rusiyanın başlaması fakt deyil”.
Xuraman Etibarlı
İnterpress.az