Rusiya Ukraynada atəşkəsdən sonra ABŞ-dən Boeing təyyarələri ALACAQbackend

Rusiya Ukraynada atəşkəsdən sonra ABŞ-dən Boeing təyyarələri ALACAQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ABŞ-dən Ukraynada atəşkəsdən sonra dondurulmuş aktivlərdən istifadə edərək Boeing təyyarələri almaq istəyir.

İnterpress.az xəbər verir ki,  bu barədə “Bloomberg” məlumat yayıb.

Rusiya ABŞ-dən Ukraynadakı atəşkəsdən sonra dondurulmuş aktivlərdən istifadə edərək Boeing təyyarələri almağı xahiş edib.

Agentliyin məlumatına görə, sorğu atəşkəs razılaşması üçün şərt deyil, lakin Moskva başa düşür ki, atəşkəs olmadan vəsaitlərdən istifadə edilməyəcək.

Nəşr yekunlaşdırır ki, saziş hərbi əməliyyatların dayandırılması halında Rusiyaya qarşı sanksiyaların yumşaldılması strategiyasının bir hissəsi ola bilər.

“ABŞ atəşkəs əldə olunmayana qədər heç bir iqtisadi öhdəlikləri müzakirə etməyəcək”, – ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Brayan Hyuz vurğulayıb.

Xuraman Etibarlı

İnterpress.az