Rusya-Ukrayna müharibəsi hazırda elə bir vəziyyəti gəlib ki, yəni, qısa zamanda sülhün olacağını demək o qədər də asan deyil. Çünki, məsələn, Amerika prezidenti Donald Trump hakimiyyətə gəlməzdən öncə bəyan edirdi ki, qısa zamanda sülh əldə edəcək. Amma məlum oldu və gözləndən də o idi ki, qısa zamanda sülhün əldə edilməsi mümkün variant deyil.
Bu fikri, Rusya-Ukrayna müharibəsində atəşkəsin və sülhün mümkünlüyünü İnterpress.az-a şərh edən hərbi jurnalist Səxavət Məmməd bildirib.
O, Rusiya-Ukrayna müharibəsində sülhdən danışmağın tez olduğunu vurğulayıb.
“Rusya-Ukrayna müharibəsi hazırda elə bir vəziyyəti gəlib ki, yəni qısa zamanda sülhün olacağını demək o qədər də asan deyil. Çünki, məsələn, Amerika prezidenti Donald Tramp hakimiyyətə gəlməzdən öncə bəyan edirdi ki, qısa zamanda sülh əldə edəcək. Amma məlum oldu və gözlənilən də o idi ki, qısa zamanda sülhün əldə edilməsi mümkün variant deyil.
Niyə görə mümkün variant deyil? Rusiya-Ukrayna müharibəsi elə bir həddə gəlib çatıb ki, konkret olaraq, Amerikanın və yaxud da hansısa bir gücün tək başına burada qərar verməsi ilə məsələ öz həllini tapmayacaq.
Məsələn, bəzi Avropa İttifaqı ölkələri ümumiyyətlə, sülhun olmasında maraqlı sayılmırlar. Çünki onlar düşünürlər ki, sabah əgər sülh müqaviləsi və yaxud atəşkəs əldə olunarsa, sabahları Rusiya onlar üçün təhlükə yarada bilər. Ona görə də indiki mərhələdə bəzi ölkələr, xüsusən Avropa ölkələri müharibənin davam etməsində maraqlıdır.
Bundan əlavə Rusiyada müharibənin davam etməsində maraqlıdır. Çünki Rusiya faktiki olaraq istədiklərinə nail ola bilməyib. Yəni ən azından çatmağı strateji hədəf olaraq qarşısına qoyduğu məqsədlərin heç birinə çatmıyıb. Ona görə də indiki mərhələdə Rusiya-Ukrayna müharibəsinin yaxın zaman üçün davam etməsi daha real görünür.
Yeri gəlmişkən ruslar artıq yaz hücumlarına start veriblər və bu da onu göstərir ki, ən azından qarşıdakı bir neçə ay ərzində atəşkəsin əldə olunması mümkün deyil”, – hərbi jurnalist fikrini tamamlayıb.
Xuraman Etibarlı
İnterpress.az