Kişinyovda Qaqauziyanın rəhbəri Yevgeniya Qutsula dəstək aksiyası keçirilir.
İnterpress.az xəbər verir ki, bu barədə Moldova KİV məlumat yayıb.
Buldirilir ki, Kişinyovda maliyyə pozuntusu ittihamı ilə istintaqa cəlb olunan Qaqauziyanın rəhbəri Yevgeniya Qutsul və “Qələbə” blokunun fəalı Svetlana Popana dəstək aksiyası keçirilir.
Etirazçılar Qutsul və Popanın cinayət təqibinə qarşı çıxış edirlər.
Bu gün məhkəmə vəkillərin siyasətçilərə qarşı qabaqlayıcı tədbirlərin ləğvi ilə bağlı müraciətlərinə baxır.
Xuraman Etibarlı
İnterpress.az