Rusiyada qəribə oğurluq hadisəsi baş verib. Bir kişi mağazadan 180 ədəd alış-veriş arabası oğurlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Bildirilir ki, Moskva sakini mağazadan 1,7 milyon rubl (təxm. 35 min man) dəyərində 180 alış-veriş arabası oğurlayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, Şerbinka sakini fevral ayından başlayaraq arabaları tədricən, demək olar ki, görünmədən çıxarıb.
Onun hərəkətləri yalnız mağaza rəhbərliyi əhəmiyyətli çatışmazlıq aşkar etdikdən sonra izlənilib.
Hər arabanın qiyməti 9250 rubl (təxm. 192 man) təşkil edir.
Oğrunu 10 ilə qədər həbs gözləyir; faktla bağlı cinayət işi açılıb.
Xuraman Etibarlı
İnterpress.az