Tanınmış aktyorun konserti başlanmasına bir neçə saat qalmış LƏĞV EDİLDİbackend

Tanınmış aktyorun konserti başlanmasına bir neçə saat qalmış LƏĞV EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış aktyorun konserti başlamasına bir neçə saat qalmış terror hücumuna görə ləğv edilib. 

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Pyatiqorskda stendapçı aktyor və şoumen Pavel Volyanın konsertinə terror hücumu terrorçu İŞİD-in tərəfdarı tərəfindən planlaşdırılıb. Konsert tamaşaya bir neçə saat qalmış ləğv edilib.

KİV-in məlumatına görə, terror aktını 24 yaşlı Tacikistan vətəndaşı Isroiljon Kurbonov planlaşdırıb.

Müstəntiqlərin fikrincə, o, aprelin 16-da Pavel Volyanın çıxışı zamanı Sofiya Mədəniyyət Sarayını yandırmağı planlaşdırıb.

Kurbonov binanın yandırılması əmrini Telegram vasitəsilə alıb. Terror aktı üçün Kurbonov üç molotov kokteyli hazırlayıb və tamaşadan bir həftə əvvəl DK-nın foto və videolarını çəkib.

Aprelin 16-da FTX Kurbonovun həbsi barədə məlumat yayıb. Ondan lentə bükülmüş 3 şüşə “Molotov kokteyli”, 2 bıçaq, balta və istehkamçı kürəyi götürülüb.

Pavel Volyanın konserti baş tutmayıb, tamaşadan bir neçə saat əvvəl ləğv edildi. Komediyaçının sözlərinə görə, konsert “texniki səbəblərə görə” ləğv edilib.

Xuraman Etibarlı

İnterpress.az