Nəhəng metal qırıntıları “dağ”ı YANDI – Yanğını söndürmək MÜMKÜN DEYİLbackend

Nəhəng metal qırıntıları “dağ”ı YANDI – Yanğını söndürmək MÜMKÜN DEYİL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın Essen şəhərində nəhəng metal qırıntıları yanıb, bir gecədə yanğını söndürmək mümkün olmayıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.

Bildirilir ki, bazar günündən bazar ertəsinə keçən gecə Essendə böyük yanğın baş verib. Yanğında on beş metrlik metal qırıntıları dağı qalıb.

Yanğınsöndürmə xidmətinin məlumatına görə, ilk zənglər gecə saat 1 radələrində daxil olub.Əməliyyatın başa çatması barədə danışmaq hələ tezdir.

Xilasedicilər qeyd edirlər ki, “yanğınsöndürmənin sonu hələ görünmür”.

Hadisə yerində 70-ə yaxın yanğınsöndürən işləyir. Alovun söndürülməsi üçün ekskavatorlardan, yükləyicilərdən və hətta yanğınsöndürən gəmidən də istifadə edilir.

Gəmi suyu ən yaxın kanaldan bir kilometr yarım məsafəyə vurur. İşçilər yanğın mənbəyinə çatmaq üçün yanan metal qalaqlarını əl ilə təmizləməli olduqları üçün əməliyyat çətinləşir.

Essen sakinlərinə pəncərə və qapıları açmamaq tövsiyə olunub. Ətraf Mühitin Mühafizəsi Agentliyinin əməkdaşları yerində işləyir və havanın ölçülməsini aparır. Lakin zərərli maddələrlə bağlı hələlik dəqiq məlumat yoxdur. Polis də öz növbəsində ətrafdakı küçələri bağlayıb.

Hadisə son bir ayda ikinci belə haldır. Martın ortalarında Essendə başqa metal qırıntıları anbarı da yanıb. Həmin vaxt polis yandırma nəzəriyyəsini araşdırırdı. Yeni yanğının səbəbləri hələlik məlum deyil.

Xuraman Etibarlı

İnterpress.az